Səcdə zamanı hansı bədən üzvləri yerə dəyməlidir və hamısının yerə dəyməsi mütləq vacibdirmi?


Digərləri 07 May 2019 21:15:00 288 0

Səcdə zamanı hansı bədən üzvləri yerə dəyməlidir və hamısının yerə dəyməsi mütləq vacibdirmi?

Şəriət hömlərinə görə, səcdə zamanı bədənin yeddi üzvü yerə dəyməlidir. Bunlar alın, iki əlin içi, iki diz qapağı və iki ayağın baş barmaqlarıdır. Bu üzvlər hamısı yerə dəydiyi zaman səcdə gerçəkləşir və bu zaman səcdənin zikrini söyləmək lazımdır.

Son.az islam.az-a istinadən bildirir ki, yeddi üzvdən yalnız alınla üzərinə səcdə edilən əşya arasında maneə olmamalıdır, yəni alın birbaşa torpağın ya möhürün üzərinə dəyməlidir. Qalan altı üzvlə yer arasında maneə olmasının eybi yoxdur. Səcdə üzvləri arasında alın o birilərdən daha üstün sayılır. Belə ki, əgər alın yerə dəymişsə, amma digər səcdə üzvlərindən bəziləri hər hansı səbəb üzündən (qəsdən yox) yerə dəyməmişsə, səcdə düzgün sayılır. Amma əgər qalan altı bədən üzvü yerə dəymişsə, amma alın səcdə edilməsi düzgün olan əşyanın üzərinə dəyməmişsə, səcdə hesab edilmir.