NurSultanda Azərbaycanın ticarət evi açılacaq


Digərləri 07 May 2019 20:54:00 207 0

NurSultanda Azərbaycanın ticarət evi açılacaq

Bu ilin sentyabrında Qazaxıstanın paytaxtı Nur-Sultanda Azərbaycanın ticarət evi açılacaq.

Son.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən məlumat verir.

Məlumatda bildirilir ki, iqtisadiyyat naziri Şahin Mustafayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Baqdad Amreyevlə görüşüb.

Görüş zamanı qurumun cari işləri müzakirə olunub, eləcə də əməkdaşlıq çərçivəsində münasibətlərin genişləndirilməsi ilə bağlı danışıqlar aparılıb.