Keçmiş məhkum əlində tüfəng, sərxoş halda qorxu saçdı


Kriminal 07 May 2019 20:42:00 233 0

Keçmiş məhkum əlində tüfəng, sərxoş halda qorxu saçdı

Mayın 2-də saat 5 radələrində Tovuz rayonunun Əyyublu kəndi ərazisindəki kafelərin birinin qarşısında əlində tüfəng olan naməlum şəxs ictimai asayişi pozub.

Son.az Oxu.az-a istinadən bildirir ki, bu zaman ərazidə xidmət aparan Qovlar Polis Bölməsinin əməkdaşları həmin şəxsin əlindən silahı alarkən havaya 2 dəfə atəş açılıb, sonuncu tüfəngi ataraq qaçıb. 

Araşdırmalarla həmin şəxsin Şəmkir rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş E.Həsənov olması, "İJ-16" markalı tüfəngin isə müvafiq sənədlərinin olmadığı, həmçinin həmin gün qeyd edilən kafedə sərxoş halda həmkəndlisi ilə mübahisə etdiyi müəyyən edilib.  E.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.