Ramazan ayının əhəmiyyəti nədədir?


Digərləri 07 May 2019 20:34:00 226 0

Ramazan ayının əhəmiyyəti nədədir?

"Ramazan ayının bizim həyatımızda əhəmiyyətli rolu var".

Son.az bildirir ki, bunu Sputnik Azərbaycan-a açıqlamasında ilahiyyat üzrə fəlsəfə doktoru Qoşqar Səlimli deyib. O bildirib ki, insanlar Ramazan ayı boyunca bəzi şeylərdən uzaq durmaqla, digər 11 ayın sədəqəsini verirlər:

"Bu ibadət bir mənada Allaha təşəkkür etməkdir. Ramazan bayramı insanların bir-birinə daha da yaxınlaşmasına şərait yaradır. Ramazan insanların birləşməsinə, onların arasında ünsiyyətin qurulmasına səbəb olur".

Qeyd edək ki, Ramazan ayı iyunun 5-də başa çatacaq. Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 5, 6-sı Azərbaycanda Ramazan bayramı qeyd ediləcək və iki gün tətil olacaq.