Bakıda kiçiklitrajlı avtomobillər bahalaşıb


Digərləri 07 May 2019 20:32:00 178 0

Bakıda kiçiklitrajlı avtomobillər bahalaşıb

2019-cu ilin martında təkrar kiçiklitrajlı avtomobil bazarında (mühərrikin həcmi 2 litrədək) orta qiymət 14 870 manata bərabər olub

Bakı. Xeyrəddin Nəsirzadə - 2019-cu ilin martında təkrar kiçiklitrajlı avtomobil bazarında (mühərrikin həcmi 2 litrədək) orta qiymət 14 870 manata bərabər olub. Bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib. Ekspert qeyd edib ki, fevral ayı ilə müqayisədə 7,03 faiz artım müşahidə olunub. Mühərrikinin həcmi 2-3 litr olan avtomobillərin orta qiyməti 38 760 manat (11,21 faiz azalma), 3 litrdən yuxarı həcmli avtomobillərin orta qiyməti 91 143 manat (7,78 faiz azalma) təşkil edib. N.İbrahimov bildirib ki, mart ayında paytaxtın avtomobil bazarında 1 352 avtomobil satışa çıxarılıb ki, bu da əvvəlki ayla müqayisədə 22,2 faiz azdır.