Sergey “Eurovision” səhnəsinə 8 güzgü ilə çıxacaq
Digərləri 07 May 2019 18:54:00 317 0
Rusiyanı "Eurovision 2019" mahnı müsabiqəsində təmsil edən Sergey Lazarov ilk məşqi üçün Təl-Əviv Expo mərkəzinin səhnəsinə çıxıb.
Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, "Dream Team"dən INFE Azerbaijan-a verilən məlumata görə təcrübəli ifaçı ilk məşqi zamanı bəzi texniki prolemlərlə üzləşməsinə baxmayaraq məşqi uğurla başa vurub.
Sergey "Eurovision" səhnəsinə nə az, nə çox düz 8 güzgü ilə çıxıb. Rusiyanın səhnəsi əfsanəvi kireativ-direktor Fokas Evaggelinos tərəfindən hazırlanıb.
"Hər bir güzgü bizim müxtəlif baxış açımızı təmsil edir. Hətta bizim "Scream" - qışqırmağımıza səbəb ola biləcək çətin bir qərar verdiyimiz zaman, əvvəlcə yalnız bir seçim görürük amma irəlilədikcə artıq biz fərqli alternativlərin fərqinə varırıq. Hədəfimizə çatmaq və keçmişi geridə buraxmaq üçün biz bu güzgüləri "qırmaq" məcburiyyətindəyik." deyə Fokas Evaggelinos bildirib.