Cenevrədə Azərbaycanın donor ölkəsyə transformasiyasına həsr edilmiş konfrans keçirilib


Digərləri 07 May 2019 18:38:57 197 0

Cenevrədə Azərbaycanın donor ölkəsyə transformasiyasına həsr edilmiş konfrans keçirilib

Cenevrədəki BMT bölməsində təşkil olunan Azərbaycanın yardım alan ölkədən donor ölkəsinə transformasiyasına həsr edilmiş konfrans keçirilib.

Bakı. Prezident İlham Əliyevin tapşırığı ilə 7 may 2019-cu il tarixində BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA), Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi və XİN-in Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən Cenevrədəki BMT bölməsində təşkil olunan Azərbaycanın yardım alan ölkədən donor ölkəsinə transformasiyasına həsr edilmiş konfrans keçirilib. Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, BMT-nin baş katibi Antonio Quterreşin yazılı müraciəti ilə başlayan Humanitar donor inkişafı və əməkdaşlıqların əhəmiyyəti mövzulu konfransda Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və BMT Baş katibinin Yaxın Şərq və Mərkəzi Asiya regionları ilə humanitar əməkdaşlıq üzrə müavini Rəşid Xalikov açılış nitqləri ilə çıxış ediblər. Konfransda çıxış edən AİDA-nın direktor müavini Aliyə Ağazadə yeni donor ölkəsi olan Azərbaycanın donor fəaliyyətinin həyata keçirilməsi məqsədilə 2011-ci ildə yaradılmış AİDA Agentliyinin fəaliyyəti haqqında məlumat verib. Həmçinin tədbir zamanı Azərbaycan Hökuməti tərəfindən 2005-2018-ci illərdə göstərilmiş yardımlara dair AİDA tərəfindən nəşr olunan broşürün rəsmi təqdimatı keçirilib. Eyni zamanda, ölkəmizin yardım alan ölkədən donor ölkəsinə çevrilməsi haqqında video da nümayiş olunub. Tədbirdən sonra Azərbaycanın donorluq fəaliyyəti və AİDA-nın layihələrinə həsr olunan geniş sərgi keçirilib və iştirakçılar tərəfindən maraqla qarşılanıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin