Şəkidə mağazadan oğurluq edən şəxslər saxlanılıb


Digərləri 07 May 2019 18:13:00 238 0

Şəkidə mağazadan oğurluq edən şəxslər saxlanılıb

Şəkidə mağazadan oğurluq edən şəxslər saxlanılıb

Bakı. Şəkidə mağazadan oğurluq edən şəxslər saxlanılıb Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, mayın 4-də Şəki Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini Ə.Əhmədov ona məxsus mağazadan naməlum şəxs və ya şəxslər tərəfindən müxtəlif növ siqaretlərin, pul və digər əşyaların oğurlanması barədə məlumat verib. Daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Şəki ŞRPŞ-nin Cinayət Axtarış və İstintaq bölməsinin əməkdaşları tərəfindən keçirilən birgə tədbirlər nəticəsində oğurluq edən şəxslərin Bakı şəhər sakinləri Ağakərim İbrahimov, Fuad Dadaşov və bir yeniyətmə olduğu müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər.