BDU-da ümummilli lider Heydər Əliyevin 96-cı ildönümü münasibətilə tədbir keçirilib (FOTO)


Digərləri 07 May 2019 18:07:00 204 0

BDU-da ümummilli lider Heydər Əliyevin 96-cı ildönümü münasibətilə tədbir keçirilib (FOTO)

Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib.

Bakı. Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları ulu öndərin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən rəsm sərgisi ilə tanış olublar. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıb. BDU-nun rektoru Elçin Babayev ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən, demokratik dövlət quruculuğu konsepsiyasından, böyük xilaskarlıq missiyasından danışıb. Ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini diqqətə çatdıran rektor ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ulu öndərin keçdiyi mənalı ömür yolundan, çoxşaxəli fəaliyyətindən, müdrik və qətiyyətli siyasəti nəticəsində yaranan siyasi sabitlikdən, vətəni və xalqı üçün gördüyü nəhəng işlərdən danışıb.