Poroşenko istintaqa getməkdən imtina etdi


Dünya 07 May 2019 17:49:00 210 0

Poroşenko istintaqa getməkdən imtina etdi

Petro Poroşenko sorğu-sual üçün Baş Prokurorluğa gəlməyib.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu xüsusi təhqiqatlar üzrə idarənin rəisi Sergey Qorbatyuk bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Avromaydan zamanı insanların ölümü ilə bağlı şahid qismində istintaqa çağrılıb.

Müstəntiq "112 Ukrayna" telekanalının efirində daha sonra deyib:

"Təəssüf ki, gördüyünüz kimi, şahid sorğulanma üçün gəlmədi. Müstəntiqlə heç kim əlaqə qurmayıb. İstintaqa gəlməməsinin səbəblərini açıqlamayıb, sorğu-sual gününün vaxtını dəyişdirməyi xahiş etməyib".