Lənkəranda yerləşən Dairəvi qala bərpa olunacaq (FOTO)


Digərləri 07 May 2019 17:45:00 164 0

Lənkəranda yerləşən Dairəvi qala bərpa olunacaq (FOTO)

Mədəniyyət naziri Əbülfəs Qarayev Lənkəran şəhərində vətəndaşlarla görüşüb.

Bakı. Mədəniyyət naziri Əbülfəs Qarayev Lənkəran şəhərində vətəndaşlarla görüşüb. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdən sonra Ə.Qarayev və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bir sıra mədəniyyət müəssisələrinə baş çəkiblər. Nazir və icra başçısı ilk olaraq Lənkəran şəhər Cəfər Cabbarlı adına 1 saylı Uşaq musiqi məktəbində olublar. Ə.Qarayev məktəbin fəaliyyəti, tədris prosesi ilə maraqlanıb, tövsiyələrini verib. Uşaqların ifasında konsert proqramı təşkil olunub. Daha sonra iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun ev-muzeyi ziyarət olunub. Muzeyin fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, muzeyin 2 mindən çox eksponatı var. Ekspozisiyada məşhur tank qoşunları komandanının şəxsi əşyaları ziyarətçilərin xüsusilə böyük marağına səbəb olur. Ə.Qarayev muzeyin 50 illik yubileyinin qeyd olunması və əməkdaşlarının mükafatlandırılması haqqında tapşırıq verib.