"Expresso Salary" istifadəçilərinin sayı artıb


Digərləri 07 May 2019 17:20:00 207 0

"Expresso Salary" istifadəçilərinin sayı artıb

Hüquqi şəxslər üçün xidmət sahələrini davamlı olaraq artıran, Azərbaycanın aparıcı banklarından biri olan Expressbank-ın əmək haqqı layihəsi "Expesso salary" istifadəçilərinin sayı son bir ildə 50% artıb. 2017 - ci ilin yanvar ayından başlayan bu layihə bankın korporativ müştərilərin əmək haqqı ödənişlərinin daha da təkmilləşdirilməsinə və rahat reallaşdırılmasına xidmət edir. 

"Expresso Salary" özündə bir çox imkanları birləşdirən hüquqi şəxslərin və sahibkarların işçi heyətinə təqdim edilən əmək haqqı kartıdır. Kartın özündə birləşdirdiyi üstünlüklər onu bazarda oxşar layihələrdən fərqləndirir:

- Ölkənin bütün ATM-lərində komissiyasız nağdlaşdırma imkanı;

- Kartdakı qalıq məbləğə illik 3% gəlir;

- Kartla ödəniş zamanı məbləğin 30%-dək hissəsinin karta geri qaytarılması (cashback üstünlüyü);

- Əmək haqqının 50%-i həcmində avans kreditin alınması imkanı;