Şamaxı İH başçısı: "Zəlzələdən sonra tam qəzalı vəziyyətdə olan məktəb qeydə alınmayıb"


Digərləri 07 May 2019 16:31:00 185 0

Şamaxı İH başçısı: "Zəlzələdən sonra tam qəzalı vəziyyətdə olan məktəb qeydə alınmayıb"

Şamaxı rayonunda zəlzələdən sonra sosial obyektlər sırasında bir sıra obyektlərə baxış keçirilib və tam qəzalı vəziyyətdə olan məktəb qeydə alınmayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ağsu, İsmayılllı və Şamaxı rayonlarında fevralın 5-də baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülmüş işlərə dair 3 aylıq hesabat brifinqi zamanı Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov deyib.

Onun sözlərinə görə, yalnız 2 saylı şəhər məktəbinin bir korpusunda bərpaya ehtiyacı olan müəyyən fəsadlar aşkar olunub: "Ona görə də şagirdlər dərs prosesini həmin məktəbin təhlükəsiz hissəsində davam etdirirlər".

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov bildirib ki, komissiya Gəraybəyli kənd orta məktəbinin yenidən tikintisinə qərar verib.