Avstraliyanın baş nazirinə yumurta hücumu VİDEO


Dünya 07 May 2019 16:27:00 174 0

Avstraliyanın baş nazirinə yumurta hücumu  VİDEO

Avstraliyanın baş naziri Skott Morrison seçki kampaniyasının aparıldığı Alburi şəhərində bir qadın tərəfindən yumurta hücumuna məruz qalıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, adı açıqlanmayan 25 yaşlı gənc bir qadın əlində tutduğu yumurtanı mətbuata açıqlama verən Skotun başına atıb.

Hadisədən sonra mühafizə işçiləri qadını salondan çıxarıblar və polis qadını saxlayıb. Amma onun bu aksiyanı niyə həyata keçirdiyi barədə açıqlama verilməyib. Hücum əsnasında yaşanan izdihamda yaşlı bir qadın yerə yıxılıb. Baş nazir onun qolundan tutaraq qaldırıb və vəziyyətini soruşub. Morrison məsələsilə bağlı sosial şəbəkədə paylaşım da edib:

"Alburi şəhərində baş verən hadisədə narahat olduğum yeganə şey yerə yıxılan qadın idi. Ona kömək etdim və onu qucaqladım".