Erkən ölümün başlıca səbəbi açıqlandı


Digərləri 07 May 2019 15:51:00 193 0

Erkən ölümün başlıca səbəbi açıqlandı

Təkcə Birləşmiş Ştatlarda milyonlarla insan artıq çəki və diabetlə əlaqəli ürək çatışmazlığından əziyyət çəkir. Belə bir nəticəyə ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri gəliblər. 

Alimlər sadalananların ömrün qısalmasına təsir göstərdiyini və insanların ən çox məhz ürək xəstəlikləri ilə əlaqədar xəstəxanalara düşdüyünü bildirir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat "EurekAlert!" nəşrində dərc olunub.

Tədqiqatçılar 1999-2017-ci illər ərzində 48 milyon insanın ölüm səbəblərini araşdırmış  Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatlarını təhlil edib. Onlar 35-84 yaş arasında olan insanlarda ürək çatışmazlığı ilə bağlı ölüm əmsalını yaş əsasında müəyyənləşdirib.

Məlum olub ki, son illər ürək əzələləri qüsurlarının müalicəsində böyük nailiyyətlərin olmasına baxmayaraq, 2012-ci ildən bəri ürək problemlərindən ölənlərin sayı getdikcə artır.