Oksana "Mələyin öpüşü"nü bu dəfə Elşadsız çəkir


Şou-biznes 07 May 2019 15:55:00 209 0

Oksana "Mələyin öpüşü"nü bu dəfə Elşadsız çəkir

Rəqqasə Oksana Rəsulova keçmiş həyat yoldaşı, reper Elşad Xosel ilə çəkdiyi "Mələyin öpüşü" filminin ikinci hissəsini ərsəyə gətirəcək.

Rəqqasə Oksana Rəsulova keçmiş həyat yoldaşı, reper Elşad Xosel ilə çəkdiyi "Mələyin öpüşü" filminin ikinci hissəsini ərsəyə gətirəcək.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "X maqazin"ə açıqlamasında deyib. Rəsulova bildirib ki, çəkilişlər yayda başlayacaq:

"Bu mövsümün ilk dram filmini ərsəyə gətirəcəm. Yeni ilə qədər tamaşaçıların ixtiyarına veriləcək. "Mələyin öpüşü" adı qalacaq. Amma aktyorlar və ssenari tam fərqlidir.

Baş rolda özüməm. Məhəbbət üçbucağı olacaq. Bu dəfə Elşad Xose yoxdur. "OksiMed"in və filmin rəhbəri olaraq istəmirəm Elşad gəlsin. Burada da öpüşmə səhnələri var".