Əli Əhmədov: İndi insanlar övladlarının gələcəyi ilə bağlı qorxu hissi keçirmirlər


Digərləri 07 May 2019 15:51:00 75 0

Əli Əhmədov: İndi insanlar övladlarının gələcəyi  ilə bağlı qorxu hissi keçirmirlər

Bu gün Azərbaycan gələcəyə inamla baxır, indi insanlar övladlarının gələcəyi ilə bağlı qorxu hissi keçirmirlər, çünki Azərbaycan dünyanın ən təhlükəsiz dövlətlərindən biridir, Azərbaycan vətəndaşlarının hüquqları etibarlı şəkildə qorunur.

Bakı. İlhamə İsabalayeva - Bu gün Azərbaycan gələcəyə inamla baxır, indi insanlar övladlarının gələcəyi ilə bağlı qorxu hissi keçirmirlər, çünki Azərbaycan dünyanın ən təhlükəsiz dövlətlərindən biridir, vətəndaşların hüquqları etibarlı şəkildə qorunur. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin təltifolunma tədbirində çıxış edərkən deyib. Onun sözlərinə görə, gənc nəslin formalaşmasına Heydər Əliyev ideyalarının təsir etməsi nəticəsində onlar daha böyük vətənpərvəplik hisslərinə malik olacaq, dövlətçilik məfkurəsi gənclərdə özünü daha aydın şəkildə göstərəcək: “Bizim gənclərimiz dövlətə sadiq vətəndaşlar kimi Heydər Əliyevin ideyalarını da öyrənməklə özlərinin vətəndaş mövqeyini ifadə edə bilirlər”. Ə.Əhmədov qeyd edib ki, ölkənin bugünki vəziyyəti 1990-cı illərin əvvələrində mövcud olan Azərbaycandan əhəmiyyətli dərəcədə fərqlənir, bugünki gerçəkliklər o zamankılardan tam seçilir: “Güman edirəm ki, gənc nəslin 1990-cı illərin əvvəllərində Azərbaycanın hansı çətinliklərdən keçməsi barədə məlumatlı olması onların gələcək üçün daha düzgün seçim etməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan vətəndaşının Azərbaycan hakimiyyətinə, Heydər Əliyevin ideyalarına böyük inamı formalaşıb. Gənclərimizin Heydər Əliyev ideyalarını mənimsəməsi, Azərbaycanın müasir tarixini öyrənməsi gələcəyimizin etibarlı olmasına zəmin yaradır”. Baş nazirin müavini əlavə edib ki, bu gün Azərbaycan bütün dünyada uğurlu bir dövlət kimi tanınır. Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşdırılması üçün çox ciddi layihələr həyata keçirilir. Bu layihələr öz növbəsində hər bir Azərbaycan vətəndaşının həyatının yaxşılaşmasına təsir göstərir: “Azərbaycanın simasının dəyişdirilməsi üçün möhtəşəm addımlar atılır. İnsanlarımızın rifahının yaxşılaşdırılması üçün müxtəlif layihələr həyata keçirilir. Təkcə bu ilin bir neçə ayı ərzində 3 milyondan çox insanın həyatı əhəmiyyətli dərəcədə yaxşılaşıb, tələbələrin təqaüdləri, işçilərin əməkhaqları artırılıb”. Təhsilin, elmin hər bir cəmiyyətin inkişafını təmin etdiyini vurğulayan Ə.Əhmədov əlavə edib ki, dövlətin prioritet istiqamətlərindən biri təhsilin inkişafıdır: “Müasir cəmiyyətdə inkişafın əsasını elm, bilik təşkil edir. Bu mənada Azərbaycanda təhsilin inkişafına önəmli yerin verilməsi, təhsillə əlaqədar çox böyük islahatların aparılması, yetişməkdə olan nəslin biliklərlə silahlandırılması Azərbaycanın gələcəyinin təmin edilməsi kimi çətin və şərəfli bir vəzifəyə xidmət edir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Radio məlumat və polisə görə klublar cərimələndi like
  • 07 May 15:49  
İdman Radio məlumat və polisə görə klublar cərimələndi

AFFA İntizam Komitəsi “Zaqatala” klubunu I Divizionun XXV

arrow Ətraflı
Belarus Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycanda hərbi hissədə olub  FOTO like
  • 07 May 15:46  
Siyasət Belarus Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycanda hərbi hissədə olub FOTO

Azərbaycanda rəsmi səfərdə olan Belarus Respublikası Silahlı Qüvvələri

arrow Ətraflı
Prezident İlham Əliyev Qobustanda məktəb binasının tikintisinə vəsait ayırıb like
  • 07 May 15:44  
Siyasət Prezident İlham Əliyev Qobustanda məktəb binasının tikintisinə vəsait ayırıb

Prezident İlham Əliyev Qobustan rayonunun Sündü kəndində yeni ümumtəhsil

arrow Ətraflı
Qobustanda yol tikintisinə 2 milyon manat ayrılıb like
  • 07 May 15:42  
Siyasət Qobustanda yol tikintisinə 2 milyon manat ayrılıb

Prezident İlham Əliyev Qobustan rayonunun Bakı-Şamaxı-Yevlax (88 km)-Ərəb

arrow Ətraflı
Qobustanda əhalinin mənzilməişət şəraitinin yaxşılaşdırılmasına 3 milyon manat ayrılıb like
  • 07 May 15:40  
Siyasət Qobustanda əhalinin mənzilməişət şəraitinin yaxşılaşdırılmasına 3 milyon manat ayrılıb

Prezident İlham Əliyev Qobustan şəhərində əhalinin mənzil-məişət şə

arrow Ətraflı
Prezident İlham Əliyev Qobustanda məktəb binasının tikintisinə vəsait ayırıb like
  • 07 May 15:40  
Digərləri Prezident İlham Əliyev Qobustanda məktəb binasının tikintisinə vəsait ayırıb

Prezident İlham Əliyev Qobustan rayonunun Sündü kəndində yeni ümumtəhsil

arrow Ətraflı
Qobustanda yol tikintisinə 2 milyon manat ayrılıb like
  • 07 May 15:38  
Digərləri Qobustanda yol tikintisinə 2 milyon manat ayrılıb

Prezident İlham Əliyev Qobustan rayonunun Bakı–Şamaxı–Yevlax (88 km)–

arrow Ətraflı
Bakıda 18 yaşlı tələbə oğlandan DƏHŞƏTLİ CİNAYƏT like
  • 07 May 15:37  
Kriminal Bakıda 18 yaşlı tələbə oğlandan DƏHŞƏTLİ CİNAYƏT

Keçən ilin oktyabrında Bakı şəhər Səbail rayonunda da yaşadığı evə

arrow Ətraflı
Qobustanda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 3 milyon manat ayrılıb like
  • 07 May 15:35  
Digərləri Qobustanda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 3 milyon manat ayrılıb

Prezident İlham Əliyev Qobustan şəhərində əhalinin mənzil-məişət şə

arrow Ətraflı
İstanbul bələdiyyəsinə müvəqqəti başçı təyin edildi like
  • 07 May 15:33  
Dünya İstanbul bələdiyyəsinə müvəqqəti başçı təyin edildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul bələdiyyəsinə müvə

arrow Ətraflı
UNEC-də Ulu Öndər Heydər Əliyevə həsr olunan ilk TEDx konfransı keçirilib (FOTO) like
  • 07 May 15:31  
Digərləri UNEC-də Ulu Öndər Heydər Əliyevə həsr olunan ilk TEDx konfransı keçirilib (FOTO)

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ümummilli lider Heydər

arrow Ətraflı
Qaçırılıb, zorlanan 11 yaşlı qız hamilə qaldı like
  • 07 May 15:28  
Dünya Qaçırılıb, zorlanan 11 yaşlı qız hamilə qaldı

Təcavüzə məruz qalan 11 yaşlı qız hamilə qalıb.

arrow Ətraflı
Dünyanın ən bahalı gənc futbolçusu müəyyənləşdi like
  • 07 May 15:24  
İdman Dünyanın ən bahalı gənc futbolçusu müəyyənləşdi

Dünyanın 20 yaşadək futbolçular arasında ən bahalı oyunç

arrow Ətraflı