Bakıda 18 yaşlı tələbə oğlandan DƏHŞƏTLİ CİNAYƏT


Kriminal 07 May 2019 15:37:00 193 0

Bakıda 18 yaşlı tələbə oğlandan DƏHŞƏTLİ CİNAYƏT

Keçən ilin oktyabrında Bakı şəhər Səbail rayonunda da yaşadığı evə girən oğrunu öldürən 18 yaşlı Abdullayev Faiq Sakit oğlunun işi məhkəməyə göndərilib.

Son.az news24.az-a istinadən xəbər verir ki, əvvəlcə Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə əməlinə görə barəsində araşdırma aparılan Faiq Abdullayev barəsindəki cinayət işinin maddəsi dəyişdirilib. Onun barəsindəki iş sonradan Cinayət Məcəlləsinin 123.1-ci maddəsinə, yəni, zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə maddəsinə tövsif edilib və ittiham aktı təsdiqlənib. İş baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib və hakim Azər Tağıyevin icraatına verilib. Günahı sübute yetirilərsə universitet tələbəsi olan Faiq barəsində 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Məlum hadisəyə gəlincə, oktyabrın 17-də Daxili İşlər Nazirliyinin "102 - Zəng Mərkəzi"nə müraciət edən Bakı şəhər sakini olan bir yeniyetmə həmin gün gecə saat 2 radələrində naməlum şəxsin onların Bayıl qəsəbəsində yaşadıqları evdən oğurluğa cəhd göstərdiyini, atası Sakitlə rastlaşdığında onu əli ilə vuraraq qaçdığını bildirib.

Dərhal Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və əməliyyat tədbirlərinə başlanılıb.

Oktyabrın 19-da saat 8 radələrində Səbail rayonunun A.İsmayılov küçəsində üzərində zorakılıq əlamətləri olan 40-45 yaşlı kişi meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi, Səbail Rayon Polis İdarəsi və rayon prokurorluğu əməkdaşlarının birgə apardıqları araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əhəd Həsənov olduğu müəyyənləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində Əhəd Həsənovun Bayıl qəsəbəsindəki həmin evə oğurluq məqsədilə girdiyinə görə mənzilin sahibi Sakit Abdullayev və digər oğlu Faiq tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edilib.

Məlum olub ki, Əhəd Həsənov burğacla (otvyorka) silahlanaraq sahiblərin yatdığı evə girib. Oğru kombi qızdırıcı aparatının qoyulduğu yeri əvvəlcədən təyin edib və ora yaxınlaşaraq kombini sökməyə başlayıb.