Rəvanın keçmiş həyat yoldaşından ŞOK SÖZLƏR:


Şou-biznes 07 May 2019 15:24:00 334 0

Rəvanın keçmiş həyat yoldaşından ŞOK SÖZLƏR:

İki ailə həyatı da uğursuz alınan Rəvan Qarayevin keçmiş xanımları açıqlamalar veriblər.

Son.az xəbər verir ki, müğənnin Türkiyədə yaşayan ilk həyat yoldaşı Əsmər, "Ay Zaur"da etdiyi səmimi açıqlamalarla hər kəsi təəccübləndirib.

O, ayrılıqlarının tək səbəbkarı kimi Rəvanı görməyib:

"Rəvanla aramızda heç bir zaman bir-birimizə qarşı hörmətsizlik olmayıb. Biz qızımızı böyütdük, artıq 11 yaşına çatıb. 10 il (2010-cu ildə) olacaq ki, Rəvandan ayrılmışam. İkimizdə də günah oldu. Tək onu, ya da məni qınamayaq. Biz uşaq idik o vaxtı. Evləndiyimiz vaxtı da uşaq idik. Özümüz istəyib ailə qurmuşuq, özümüz də öz istəyimizlə ayrılmışıq. Ayrılmağa peşiman oldummu? Onunla da xoşbəxt deyildim, onsuz da xoşbəxt deyildim. Çünki onun sənətini hər qadın qaldıra bilməz. Amma təbii ki, insan peşiman olur. Təbii ki, heç kim ayrılmaq üçün ailə qurmur. Təbii ki, peşiman oldum. 

Mən bu günə qədər Rəvanın atasına "papa" demişəm. İstəsəniz ona zəng edib təsdiqləyə də bilərəm. Atası hər gün özü zəng edir, görüntülü danışırıq. Yəni, bizdə elə bir problem yoxdur".

Rəvanın ikinci həyat yoldaşı Günay da telefonla efirə qoşulub.


Xəbərə aid fotolar