Qaçırılıb, zorlanan 11 yaşlı qız hamilə qaldı


Dünya 07 May 2019 15:28:00 240 0

Qaçırılıb, zorlanan 11 yaşlı qız hamilə qaldı

Təcavüzə məruz qalan 11 yaşlı qız hamilə qalıb.

Son.az Mirror-a istinadla xəbər verir ki, ABŞ-ın Ohayo ştatının Massillon şəhərində 26 yaşlı oğlan 11 yaşlı qızı zorlayıb.

Juan Leon-Gomez 11 yaşlı qızı qaçırdıqdan sonra öz evində təcavüz edib. Hadisədən bir neçə gün sonra Juan saxlanılıb. O, adam qaçırma, pedofillik və təcavüz maddələri ilə həbsxanaya salınıb.

Hamilə qalan 11 yaşlı qıza isə abort etdirməyə icazə verilmir. Buna səbəb isə  ABŞ-da abortla bağlı verilən yeni qərardır.


Xəbərə aid fotolar