Zəlzələdə zərərçəkmiş evlərin əksəriyyətinin istismar müddəti başa çatıb


Digərləri 07 May 2019 15:03:00 213 0

Zəlzələdə zərərçəkmiş evlərin əksəriyyətinin istismar müddəti başa çatıb

Zəlzələdə zərərçəkmiş evlərin əksəriyyəti köhnəlməyə məruz qalmış evlərdir və artıq istismar müddəti başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ağsu, İsmayılllı və Şamaxı rayonlarında fevralın 5-də baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülmüş işlərə dair İsmayıllıda keçirilən 3 aylıq hesabat brifinqi zamanı Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov deyib.

T. Məmmədov bildirib ki, yeni evlər normativlərə uyğun şəkildə tikilir.

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev isə deyib ki, zəlzələdən zərər çəkmiş evlərin yerində tikilənlər əsaslı şəkildə bütün texniki parametrlərə cavab verir, Fövqəladə Hallar Nazirliyi tərəfindən tikintilərə nəzarət olunur və zəlzələyə davamlı evlər tikilir" .