Meydana çıxmaq istəmədi, baş məşqçiyə "rədd ol" dedi


İdman 07 May 2019 15:00:00 272 0

Meydana çıxmaq istəmədi, baş məşqçiyə "rədd ol" dedi

Milan-ın futbolçusu Temue Bakayoko daha bir insident törədib.

Goal.az xəbər verir ki, Bakayoko Bologna ilə oyunda meydana çıxmaqdan imtina edib. Qarşılaşmanın ilk hissəsində Milan-ın yarımmüdafiəçisi Lukas Bilya zədələnib.

Baş məşqçi Cennaro Qattuzo Bakayokoya hazırlaşmaq üçün göstəriş verib. O isə Qattuzoya "rədd ol” deyərək meydana çıxmaqdan imtina edib.

Əlacsız qalan Qattuzo onun yerinə meydana Xose Maurini buraxmalı olub. Oyun Milan-ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.