Zəlzələdə zərərçəkmiş evlərin əksəriyyətinin istismar müddəti başa çatıb - İcra başçısı


Digərləri 07 May 2019 14:46:00 178 0

Zəlzələdə zərərçəkmiş evlərin əksəriyyətinin istismar müddəti başa çatıb - İcra başçısı

Zəlzələdə zərərçəkmiş evlərin əksəriyyəti köhnəlməyə məruz qalmış evlərdir və artıq istismar müddəti başa çatıb.

İsmayıllı. Elçin Mehdiyev - Zəlzələdə zərərçəkmiş evlərin əksəriyyəti köhnəlməyə məruz qalmış evlərdir və artıq istismar müddəti başa çatıb. Trend-in məlumatına görə, bunu Ağsu, İsmayılllı və Şamaxı rayonlarında fevralın 5-də baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülmüş işlərə dair İsmayıllıda keçirilən 3 aylıq hesabat brifinqi zamanı Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov deyib. T. Məmmədov bildirib ki, yeni evlər normativlərə uyğun şəkildə tikilir. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev isə deyib ki, zəlzələdən zərər çəkmiş evlərin yerində tikilənlər əsaslı şəkildə bütün texniki parametrlərə cavab verir, Fövqəladə Hallar Nazirliyi tərəfindən tikintilərə nəzarət olunur və zəlzələyə davamlı evlər tikilir" .