İcra başçısı: "Elə dağ evləri var ki, sənədləri yoxdur"


Digərləri 07 May 2019 14:38:00 239 0

İcra başçısı: "Elə dağ evləri var ki, sənədləri yoxdur"

İsmayıllıda sığortalanmayan evlərin sayı 80 faizdən çoxdur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ağsu, İsmayılllı və Şamaxı rayonlarında fevralın 5-də baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülmüş işlərə dair 3 aylıq hesabat brifinqi zamanı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov deyib.

Onun sözlərinə görə, sığorta məsələsi hazırda başlıca problemdir: "Hər bir insan evini sığortalamalıdır. Dəymiş ziyanın ödənilməsi üçün fond olmalıdır. Elə dağ evləri var ki, onların sənədləri yoxdur. Vaxtilə ata-analarının adına olub. İndi onlar dünyasını dəyişib, övladlarının isə sənədləri yoxdur. Əmlak Məsələləri Dövlət Komitəsi, "ASAN Xidmət"in dəstəyi ilə vətəndaşlarımız evlərin sığortalanmasında fəal olmalıdır."


Xəbərə aid foto