Bir mövsümdə ən çox qol vuran yarımmüdafiəçi


İdman 07 May 2019 14:37:00 336 0

Bir mövsümdə ən çox qol vuran yarımmüdafiəçi

Sporting Portuqaliya çempionatının XXXII turunda Belenenses-i 8:1 hesabı ilə məğlub edib.

Goal.az xəbər verir ki, sözügedən qarşılaşmada 3 qola imza atan Lissabon təmsilçisinin yarımmüdafiəçisi Bruno Fernandes yeni rekorda imza atıb.

Cari mövsümdə qollarının sayını 31-ə çatdıran Fernandes Avropada bir mövsümdə ən çox qol vuran yarımmüdafiəçi ünvanını qazanıb. Bundan əvvəlki rekord Fenerbahçe-nın sabiq futbolçusu Aleks de Souzaya aid idi. Braziliyalı futbolçu 2010-11 mövsümündə 28 qola imza atmışdı.