Şamaxı icra başçısı zəlzələdən sonra məktəblərin vəziyyəti barədə


Digərləri 07 May 2019 14:25:00 217 0

Şamaxı icra başçısı zəlzələdən sonra məktəblərin vəziyyəti barədə

Şamaxı rayonunda zəlzələdən sonra sosial obyektlər sırasında bir sıra obyektlərə baxış keçirilib və tam qəzalı vəziyyətdə olan məktəb qeydə alınmayıb.

İsmayıllı. Elçin Mehdiyev - Şamaxı rayonunda zəlzələdən sonra sosial obyektlər sırasında bir sıra obyektlərə baxış keçirilib və tam qəzalı vəziyyətdə olan məktəb qeydə alınmayıb. Trend-in məlumatına görə, bunu Ağsu, İsmayılllı və Şamaxı rayonlarında fevralın 5-də baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülmüş işlərə dair İsmayıllıda keçirilən 3 aylıq hesabat brifinqi zamanı Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov deyib. Onun sözlərinə görə, yalnız 2 saylı şəhər məktəbinin bir korpusunda bərpaya ehtiyacı olan müəyyən fəsadlar aşkar olunub: "Ona görə də şagirdlər dərs prosesini həmin məktəbin təhlükəsiz hissəsində davam etdirirlər". İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov bildirib ki, komissiya Gəraybəyli kənd orta məktəbinin yenidən tikintisinə qərar verib.