“Ən yaxşı qisas almaq yolu unutmaqdır”


Şou-biznes 07 May 2019 13:57:00 274 0

“Ən yaxşı qisas almaq yolu unutmaqdır”

ARB TV-nin "Show news" verilişinin növbəti müsahibi əməkdar artist Dilarə Əliyeva olub. Son.az bildirir ki, əməkdar artist küsülü olduğu insanları unutduğundan danışıb: "Küsmək? Küsmək nədir? Mən unuduram. Küsdüyün adamdan ən yaxşı qisas almaq yolu onu unutmaqdır. Təbii ki, unutduğum adamlar olub. Bəlkə də belə daha yaxşıdır! O an insan bunu bacarmır, amma zaman keçdikcə bacarır. Elə istəyirəm ki, onlar da məni unutsunlar. Heç vaxt içimdə aqressiyaya, kinə yer vermirəm. O insan inciyə bilər ki, yumor hissində, qavramasında problem var. Çalışmaq lazımdır ki, elə insanlara zarafat etməyəsən". Qeyd edək ki, əməkdar artist Dilarə Əliyeva 31 mayda ARB TV-nin Heydər Əliyev adına sarayında baş tutacaq"Söhbət var" konsertinin aparıcısı olacaq.


Xəbərə aid foto