Bu şəxs 3 dəfə ərdə olan azərbaycanlı müğənninin sevgilisidir?


Şou-biznes 07 May 2019 13:53:00 216 0

Bu şəxs 3 dəfə ərdə olan azərbaycanlı müğənninin sevgilisidir?

Müğənni Bahar Lətifqızı bərəsində yayılan söz-söhbətlərə son qoyub.

Son.az xəbər verir ki, xanım sənətçi "Şou ATV"nin efirində Cəmil adlı yeni duet ortağı ilə onun sevgili olduğu barədə söhbətlərin şayiədən başqa bir şey olmadığını qeyd edib.

Bahar adıçəkilən şəxsin oğlu yerində olduğunu da sözlərinə əlavə edib:

"Bu şayiələr daha çox sosial şəbəkələrdə yayılır. Mən iki qız övladı böyüdürəm və mənim ailəm var. Bunu sənət yoldaşlarım da bilir. Cəmil mənim oğlum yerindədir. Yazırlar "sevgilisidir". Bu düzgün deyil. Biz azərbaycanlıyıq. Olmaz, bilmədən, görmədən nəsə demək olmaz. Mən əgər Rəvanla (Qarayev) oturub hardasa çörək yeyiriksə, bu, o demək deyil ki, biz sevgiliyik. Biz sənət dostuyuq, biz sənətlə bağlı hansısa söhbətlər də edə bilərik. O cümlədən də Cəmillə. Nəyi bilirsiniz onu danışın, bilmədiyinizi danışmayın. Sizin də haqqınızda yalan danışsalar, xoşunuza gələr?"


Xəbərə aid fotolar