Premyer Liqada 129 illik rekord təkrarlandı


İdman 07 May 2019 13:55:00 262 0

Premyer Liqada 129 illik rekord təkrarlandı

İngiltərə Premyer Liqasının XXXVII turunda Leicester-i qəbul edən Manchester City 1:0 hesablı qalibiyyətə sevinib.

Goal.az-ın məlumatına görə, "şəhərlilər" bu görüşdə tarixi rekordu təkrarlayıb.

Qvardiolanın yetirmələri ardıcıl ikinci mövsümdür ki, Premyer Liqa klublarının hamısını ən azı bir dəfə məğlub edib. Bu isə 129 illik rekordun təkrarlanması deməkdir. Daha əvvəl belə bir göstəriciyə yalnız Preston 1988-89 və 1989-90 mövsümlərində imza atmışdı.

Elitada ardıcıl 13-cü qələbəsini qazanan City bunu iki dəfə bacaran ilk klub olub. Premyer Liqa tarixində ardıcıl minimum 13 qalibiyyət ümumilikdə 4 dəfə olub. Ötən mövsüm MC 18 görüşdə xal itirməyərək, rekord müəyyənləşdirmişdi.