Klopp: "Müsbət sonluq üçün çalışacağıq"


İdman 07 May 2019 13:33:00 169 0

Klopp: "Müsbət sonluq üçün çalışacağıq"

Liverpool ilk oyunda 0:3 hesabı ilə məğlub olduğu Barcelona-nı qəbul edəcək.

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk cavab görüşü keçiriləcək. 

Goal.az xəbər verir ki, Liverpool-un baş məşqçisi Yurgen Klopp futbolda hər zaman yaxşı nəticəyə ümid olduğunu bildirib:

"Dünyanın ən güclü hücumçularından ikisi oynamayacaq və mərhələ adlamaq üçün bizə 4 qol lazımdır. Bu, həyatı bizim üçün asanlaşdırmır. Səfər oyunundakı nəticə heç də yaxşı olmadı. Qol vurmağa çox çalışdıq. İstənilən halda, bunun əvəzini çıxmaq üçün mübarizə aparacağıq. Futbolda ümid hər zaman olur. Heç nədən 100 faiz əmin ola bilmirsən. Müsbət sonluq üçün çalışacağıq. Bizim planımız budur. Mərhələ adlasaq, möhtəşəm olar. Bunu bacarmasaq, Çempionlar Liqası ilə ən yaxşı şəkildə vidalaşacağıq. Roma ötən il Barcelona-nı məğlub edə bilib. Ancaq onlar səfərdə qol vurmuşdular, biz isə yox. Son 6 gündə 3-cü oyunumuz olacaq. Barcelona bizdən fərqli, çempionat görüşünə ehtiyat qüvvə ilə çıxmışdı. Ancaq uşaqlar təslim olmayacaqlar. Özümüzü Roma ilə müqayisə etmirik. Nələr olacağını birlikdə görəcəyik. 95 dəqiqəyə və ya daha uzun müddətlik mübarizəyə hazır olmaq lazımdır. Rəqibin heyətində Messi harda oynayırsa-oynasın, onu dayandırmaq çətindir. Əgər risk etsəniz, Barcelona sizi cəzalandıracaq. Mükəmməl oynamalı və ehtiyatı əldən verməməliyik. Bu, əsl futbol bayramı olmalıdır. Ola bilsin ki, bu mövsüm Çempionlar Liqasında son oyunumuz olacaq. Bu üzdən 90 dəqiqəlik mübarizədən həzz almalıyıq".