"Taliban"ın gəlir mənbəyi olan narkotik laboratoriyaları bombalandı


Dünya 07 May 2019 13:12:00 196 0

"Taliban"ın gəlir mənbəyi olan narkotik laboratoriyaları bombalandı

Əfqanıstan Silahlı Qüvvələri ABŞ başda olmaqla koalisiya qüvvələri ilə birgə ölkənin qərbində Fərəh vilayətində hava əməliyyatı keçirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində azı 150 "Taliban" döyüşçüsünün məhv edildiyi bildirilir. Həmçinin çoxsaylı yaralı olduğu deyilir.

Bundan başqa, aviazərbələr nəticəsində narkotik istehsal edən 68 laboratoriyanın dağıdıldığı qeyd edilir.

Məhv edilən bu laboratoriyaların hər gün "Taliban"a 1 milyon dollar gəlir gətirdiyi qeyd edilir.