Gələn il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək


Digərləri 07 May 2019 12:47:09 196 0

Gələn il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək

Xocahəsən deposunun layihələndirmə işləri davam edir.

Bakı. Samir Əli - Xocahəsən deposunun layihələndirmə işləri davam edir. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, 2020-ci ildə Bənövşəyi xəttin üçüncü stansiyası istifadəyə veriləcək: "Həmin 3-cü stansiyanın arxasında qatarın bir yoldan digər yola keçməsini təşkil edən "dönmə kamerası" adlanan infrastruktur qurulacaq. Bu isə həm hərəkət qrafikini təşkil etmək baxımından qatarların sayının artırılması, həm də Xocahəsən deposunun qismən istifadəyə verilməsini tələb edən prosesdir. Deponun həmin hissəsinin layihələndirilməsi işləri sürətlə davam edir".