“1 dollar 7 lirə ola bilər”


Digərləri 07 May 2019 12:31:00 216 0

“1 dollar 7 lirə ola bilər”

Türkiyə Ali Seçki Komissiyası (YSK) İstanbuldakı seçki nəticələrini ləğv etməsi qardaş ölkənin iqtisadiyyatına təsirsiz ötüşməyəcək.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkədə yazıb.

Ekspert bildirib ki, belə olduğu halda Türkiyə lirəsinin dollara nisbətən məzənnəsində azalmaların davam edəcəyi proqnozlaşdırılır:

"Seçki tərəfləri arasındakı münasibətlər gərginləşərsə, bu halda yaxın zamanlarda Türkiyə pulu "1 dollar 7 lirə" məzənnəsinədək ucuzlaşa bilər. Gözlənilir ki, son qərardan sonra qardaş ölkədə dollara tələb kəskin artacaq. Yalnız investorlar deyil, eyni zamanda əhalinin də xarici valyuta alışının çoxalacağı gözlənilir. Son qərar valyuta bazarına həmçinin psixoloji təsir göstərir ki, bu da lirəni ucuzlaşdırır".