İyuldan Azərbaycana yeni vaqonlar gətiriləcək


Digərləri 07 May 2019 12:21:00 198 0

İyuldan Azərbaycana yeni vaqonlar gətiriləcək

İyul ayından etibarən Azərbaycana yeni vaqonların gətirilməsinə başlanacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, ümumilikdə il ərzində 30 vaqon gətiriləcək: "30 vaqondan ibarət 6 qatar tərkibi olacaq. Bu qatarlar kondisionerlərlə və digər müasir tələblərə cavab verən elektronika ilə təchiz edilib. Həmçinin yeni vaqonların qapıları daha genişdir. Bununla yanaşı vaqonlar əlil arabaları üçün xüsusi yerlərlə təchiz olunacaq. Onu da qeyd edim ki, bu qatarlar "Bakı Metropoliteni"nin tələbləri nəzərə alınmaqla istehsal olunur".

B.Məmmədov bildirib ki, köhnə vaqonların xəttən çıxarılması isə yalnız onlar istismar müddətini başa vurduqdan sonra mümkün olacaq.