Jurnalist xanım qardaşının qatilinə verilən hökmdən narazıdır


Kriminal 07 May 2019 12:08:00 216 0

Jurnalist xanım qardaşının qatilinə verilən hökmdən narazıdır

Jurnalist Pərvanə Sabirqızı qardaşının ölmündə təqsirlənsirilən şəxsə yüngül cəza verilməsindən şikayətçidir.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, P.Sabirqızının qardaşı Pərviz Həbibov nişanlısının qardaşı Ələkbər Ağakişiyev tərəfindən döyülərək öldürülüb. İstintaq Ə. Ağakişiyevi Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərbə vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) ittiham etsə də, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abbasov ittihamı CM-nin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edib və Ə.Ağakişiyevə məntəqə tipli cəza rejimində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.

P.Sabirqızı bildirib ki, qardaşı döyüləndən sonra nişanlısına "Whatsapp"la mesaj yazaraq onu 3 nəfərin döydüyünü deyib. Lakin istintaqa bir nəfər cəlb olunub. Jurnalist əlavə edib ki, bir insanın ölümündə ittiham olunan şəxsin həbsdən azad olunaraq məntəqə tipli rejimdə cəza çəkməyə məhkum edilməsi ədalət anlayışına lağ etmədir: "Ələkbər Ağakişiyev ifadəsində etiraf edib ki, qardaşımı vurub yerə yıxandan sonra da vurmağa davam edib. Bu hərəkəti necə ehtiyatsızlıqdan adam öldürmə hesab etmək olar?"

P.Sabirqızının ailəsi hökmdən apellyasiya şikayəti edib və müvafiq qurumlara müraciətində yuxarı instansiyalarda işə düzgün baxılmasını, ədalətli qərar çıxarılmasını xahiş edib.