Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan rayonuna səfər ediblər


Siyasət 07 May 2019 11:18:00 227 0

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan rayonuna səfər ediblər

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan rayonuna səfərə gəliblər.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov rayonda görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.