Bakıda xalaoğluların gecə "macəra"sı:


Kriminal 07 May 2019 11:00:00 197 0

Bakıda xalaoğluların gecə "macəra"sı:

Bakının Suraxanı rayonunda cinayət hadisəsi baş verib.

Son.az baku.ws-ə istinadən xəbər verir ki, hadisə ötən gün saat 23 radələrində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Mirtərxan Hacıağa oğlu Babayevin Çaparidze küçəsi ev 18-də xalası oğlu, 1993-cü il təvəllüdlü Taleh Telman oğlu Babayevlə aralarında mübahisə yaranıb.

Yaranmış münaqişə zəminində bıçaqla sonuncunun qarın nahiyəsinə bir ədəd zərbə vurulub.

Taleh Babayev qarın nahiyəsinə daxilə nüfuz edən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.