Binanın başında selfi çəkmək istəyən qız yıxılıb,


Dünya 07 May 2019 10:24:00 321 0

Binanın başında selfi çəkmək istəyən qız yıxılıb,

Binanın başında rəfiqələri ilə birlikdə selfi çəkərkən ayağı sürüşüb yıxılan qız həyətdəki zibil qutularının üstünə düşüb.

Son.az The Sun-a istinadla xəbər verir ki, hadisə Nyu-Yorkda, Manhattandakı 25-ci küçədə baş verib.

Axşam saat 8-də 5 mərtəbəli binanın başına çıxaraq rəfiqələri ilə birlikdə şəkil çəkdirmək istəyən 22 yaşlı Reilly Hamilton yıxılıb. O, zibillərin üzərinə düşdüyündən sağ qalıb.

Təcili Bellevue Hospital-a çatdırılan Reilly-nin vəziyyəti ağırdır. O, əməliyyat edilib.


Xəbərə aid fotolar