Mayın sonunadək “Yanardağ”da yenidənqurma işləri başa çatdırılacaq


Digərləri 07 May 2019 09:36:00 182 0

Mayın sonunadək “Yanardağ”da yenidənqurma işləri başa çatdırılacaq

Mayın sonunadək “Yanardağ” qoruğunda yenidənqurma işləri başa çatdırılacaq və ictimaiyyətə təqdim olunacaq.

Bakı. İlhamə İsabalayeva - Mayın sonunadək “Yanardağ” qoruğunda yenidənqurma işləri başa çatdırılacaq və ictimaiyyətə təqdim olunacaq. Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyin sədri Fuad Nağıyev deyib. Onun sözlərinə görə, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə yanaşı, Agentliyin tabeliyində olan digər 6 qoruqda bərpa layihələri hazırlanır. F.Nağıyev bildirib ki, Şəki şəhərinin yeni konsepsiyası üzərində iş başa çatdırılmaq üzrədir. Xınalığın və palçıq vulkanlarının turistlər üçün daha cəlbedici məkana çevrilməsi üçün layihələr hazırlanır. Qeyd edək ki, Azərbaycan Prezidentinin 3 oktyabr 2018-ci il tarixli Sərəncamına əsasən hazırlanan “Basqal” qoruğunun yenidənqurulması konsepsiyası artıq ictimaiyyətə təqdim edilib. 2018-2023-cü illəri əhatə edəcək 5 illik bərpa planının əsas məqsədi Basqalın tarixiliyini özünə qaytarmaq və yerli əhalinin rifahını yaxşılaşdırmaqla turizmin inkişafına nail olmaqdır.