Bakıda qanlı gecə Bir qadın və bir kişi bıçaqlandı


Digərləri 07 May 2019 08:43:00 189 0

Bakıda qanlı gecə  Bir qadın və bir kişi bıçaqlandı

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisə 8-ci km-də qeydə alınıb. 1968-ci il təvəllüdlü Ələkbərova Viktoriya yaşadığı evdə bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Daha bir hadisə Bakının Səbail rayonunda  baş verib.

Hadisə nəticəsində 1988-ci il təvəllüdlü Bayramov Vüqar Tariyel oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı dərhal 1 saylı Şəhər Kliniki Mərkəzinə çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.