Zabratda motosikletçi qəzaya səbəb oldu


Digərləri 07 May 2019 08:48:00 205 0

Zabratda motosikletçi qəzaya səbəb oldu

Gecə saatlarında Bakının Sabunçu rayonu Zabrat qəsəbəsində baş verən qəza zamanı 1 nəfər yaralanıb.

Son.az oxu.az-a istinadən bildirir ki, 22 yaşlı Ağayev Həsən Fərhad oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən anidən idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi "VAZ 2106" markalı minik maşınına çırpılıb. Hadisə zamanı motosikletin sürücüsü yüngül bədən xəsarəti alaraq, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.