Suriya ordusu döyüşçülərin mövqələrini atəşə tutub


Dünya 07 May 2019 08:13:00 187 0

Suriya ordusu döyüşçülərin mövqələrini atəşə tutub

Suriya qoşunlarının artilleriyası mayın 7-də Hələb şəhərindən cənubda və qərbdə (Dəməşqdan 360 km) yerləşən döyüşçülərin mövqələrinə zərbə vurub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Al Ekhbariya telekanalı xəbər verib.

Məlamuta əsasən, zərbələr Kfar-Xamra və Xalsa şəhərətrafı qəsəbələrə, eləcə də "Raşidin-5" mikrorayonuna endirilib.

Həmin ərazilər döyüşçülərin nəzarəti altındadı. Buradan onlar Suriya ordusu tərəfindən mühafizə olunan şəhər məhəlləri istiqamətində atəş açırlar.