Apple "ağıllı" saat satışına görə lider olub


Digərləri 07 May 2019 08:01:00 318 0

Apple "ağıllı" saat satışına görə lider olub

Cari ilin birinci rübündə "ağıllı" saat bazarında tədarük həcmi əvvəlki analoji dövrlə müqayisədə 48% yüksəlib. "Apple Watch" sözügedən bazarın lideri olub.   Son.az ICTnews-a istinadən bildirir ki, "ağıllı" saat tədarükünün ümumi həcminin 35,8%-i "Apple Watch"ın payına düşür. Eyni tendensiya ötən ilin birinci rübündə də müşahidə olunmuşdu.   "Samsung" şirkəti "ağıllı" saatın tədarük həcminə (11,1%) görə ikinci yerdə qərarlaşıb. "Imoo" brendi üçüncü yeri tutub.