Papua Yeni Qvineyada 7,2 bal gücündə zəlzələ olub


Dünya 07 May 2019 07:45:00 226 0

Papua  Yeni Qvineyada 7,2 bal gücündə zəlzələ olub

Papua - Yeni Qvineyada 7,2 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların episentri ölkənin şərqində Bulolo şəhərindən 33 km şimal-qərbdə, ocağı isə 127 kilometrə yaxın dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi yoxdur.