Yeni tələbə krediti sistemi növbəti tədris ilində tətbiq olunacaq


Digərləri 07 May 2019 07:45:00 183 0

Yeni tələbə krediti sistemi növbəti tədris ilində tətbiq olunacaq

Azərbaycanda tətbiq olunacaq yeni tələbə kredit sistemi ilə bağlı hazırda son müzakirələr aparılır.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda tətbiq olunacaq yeni tələbə kredit sistemi ilə bağlı hazırda son müzakirələr aparılır. Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müavini İdris İsayev deyib. Onun sözlərinə görə, kreditlə bağlı yeni sistem növbəti tədris ili üçün tətbiq olunacaq: "Hazırda tələbə kreditləri ilə bağlı son müzakirələr gedir. Bu da növbəti tədris ilində tələbələr üçün təhsil haqqının kredit formasında verilməsi imkanı yaradacaq". Xatırladaq ki, Maliyyə naziri Samir Şərifov 2019-cu ilin dövlət büdcəsinin layihəsi müzakirə edilərkən təhsil kreditlərinin qaytarılıb-qaytarılmayacağı ilə bağlı problemin olduğunu açıqlamışdı: "Təhsil krediti alanların onu qaytaracağı böyük sualdır. Bizim bank təşkilatlarımız bu riski öz üzərlərinə götürmək istəmirlər. Dövlət buna müdaxilə etsə, indidən etiraf edək ki, bu kreditlər qaytarılmayacaq. Xaricdə bu məsələ belə qurulub - kredit verilir, amma həmin o məzunlar işə qəbul olunduqdan sonra işəgötürənlər banklarla müqavilə bağlayır və kreditlər geri qaytarılır. Hazırda bununla bağlı bir mexanizm tapa bilməmişik. Müəyyən cəhdlər var. Lakin bunlar, deməzdim ki, problemi kütləvi şəkildə həll edəcək".