Meksikada təyyarə qəzaya uğrayıb: 14 nəfər həlak olub


Dünya 07 May 2019 07:05:00 201 0

Meksikada təyyarə qəzaya uğrayıb: 14 nəfər həlak olub

Meksikada təyyarənin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub.

Xilasedicilər Meksikada qəzaya uğrayan Bombardier Challenger 601 təyyarəsinin dağıntılarını tapıb və 14 nəfərin ölümünü təsdiq ediblər.

Son.az Trend-ə istinadən bildirir ki, təyyarə Meksikanın Koauila ştatında Monklova bələdiyyəsinin ərazisində tapılıb, təyyarənin 11 sərnişini və 3 heyət üzvləri həlak olub.