Şri-Lanka hakimiyyəti terror aktlarının bütün təşkilatçılarını saxlayıb


Digərləri 07 May 2019 06:10:00 212 0

Şri-Lanka hakimiyyəti terror aktlarının bütün təşkilatçılarını saxlayıb

Şri-Lanka hakimiyyəti partlayışların təşkili ilə birbaşa əlaqəli olan bütün şəxslərin həbs və ya məhv olduğunu açıqladı

Bakı. Şri-Lanka hakimiyyəti, 21 aprel tarixində ölkədə yaşanan terror hücumlarının bütün ehtimal edilən təşkilatçılarının, eləcə də bu partlayışların təşkili ilə birbaşa əlaqəli olan bütün şəxslərin saxlanılmasını və ya məhv olduğunu açıqladı. Trend-in məlumatına görə, bu barədə baş polis müfətişinin vəzifəsini icra edən Çandana Vikramaratna deyib. Vikramaratna həmçinin qeyd edib ki, ölkənin təhlükəsizlik qüvvələri ekstrimistlərə qarşı əməliyyat zamanı terror aktlarının gələcəkdə təşkil etmək məqsədilə bomba istehsalı üçün istifadə etmək istədikləri materialları müsadirə ediblər.