Cənubi Sudanda yanğın nəticəsində 30 nəfər həlak olub


Digərləri 07 May 2019 02:21:51 214 0

Cənubi Sudanda yanğın nəticəsində 30 nəfər həlak olub

Cənubi Sudanın Lol əyalətinin yaşayış sahəsindəki yanğın nəticəsində ən az 31 nəfər öldü, 60-dan çox adam yaralanıb

Bakı. Cənubi Sudanın Lol əyalətinin yaşayış sahəsindəki yanğın nəticəsində ən az 31 nəfər öldü, 60-dan çox adam yaralanıb. Trend-in məlumatına görə, yanğına məruz qalanlar arasında az yaşlılar da var. Məlumata əsasən, yanğın mayın 5-i axşam Korok bölgəsindəki bir kənddə baş verib. İsti hava və güclü külək olması səbəbindən alov tez bir zamanda bir evdən digərinə yayıldı, nəticədə dörd kənd tamamilə yandı. 138 ailə evsiz qaldı və açıq göy altında yatmağa məcbur oldu.