Həyatınızı dəyişdirən 9 MÜDRİK QAYDA


Digərləri 06 May 2019 23:40:00 222 0

Həyatınızı dəyişdirən 9 MÜDRİK QAYDA

Çətinliklər bəzi insanları sındırır, bəziləri isə ayağa qalxmağa və keçmiş həyatına yenidən nəzər salmağa məcbur edir. Həyatın öz qanunları var və biz onlara hazır olmayana qədər onlar işləməyəcək.

Son.az həyatın daxili harmoniya qaydaları ilə tanış edir.

Həyat - çox qiymətli dərslər öyrədən müdrik bir müəllimdir. Bu, adi deyim yox, sübut olunmuş təcrübədir. Həyat məktəbində dərsə hazırlıqsız gəlmək qəbul olunmur. Əgər dərs öyrənmək lazımdırsa, siz bu vəziyyətdən düzgün nəticə çıxarmayana qədər həyat adlı müəllim onu dəfələrlə təkrarlayacq. Odur ki, həyatda çətin həyat sınaqlarından keçən adama müdrik və ya təcrübəli deyirik. Başqalarının səhvlərini təkrarlamaq istəmirsinizsə, müdriklərin məsləhətlərinə əməl etməyə dəyər.

Təəssüf ki, biz həyat dərslərini çox gec öyrənirik. Başımız daşa dəyməyənə qədər imtahandan keçmiş sayılmırıq. Ömür adlı səyahətdə insan iki duyğu arasında seçim etməli olur: ya biz inkişaf edirik, ya da həmişə və haradasa laxlayırıq. Hər bir həyat dərsi bizə böyümək və inkişaf etmək üçün göndərilir.

Əgər gözlənilməyən hadisə baş verirsə, biz həyat ritmini itirir, iflasa uğrayır və problemlərin öhdəsindən gələ bilmirik.

1. Ömür adlı səyahət - öyrənməli olduğumuz dərslər seriyasıdır

Baş verənlərə qarşı çıxmağa çalışmayın. Müxalif güc müqavimət gücü ilə bərabərdir. Həyatınızda baş verənlərdən qaçmağa çalışmaqla və müqavimət göstərməklə öz energetikanızı sıfıra endirirsiniz. Bu da həyatı heçə yaşamaq deməkdir.

Həyatda ən çətin situasiyaları yada salın. Şübhəsiz ki, çox ağır günləriniz olub, amma indi sahib olduğunuz "məniniz" o dərdlərin və yaşanmış təcrübələrin nəticəsidir. Bu gün siz dünənki həyat təcrübəsinin nəticəsiniz. Əgər həyat yolunda sizi nə isə narahat edirsə, deməli, dərsdən kəsilmisiniz. Bu da o deməkdir ki, gələcəkdə sizi eyni hadisənin təkrarı gözləyir. Baş verməsini istəmirsiniz? O zaman könüllü şəkildə dəyişin.

2. Kainatın sevimliləri deyə bir şey yoxdur

Yəqin ki, sizə də hərdən elə gəlir ki, kiminsə bəxti daha çox gətirir, kiminsə az. Dünyada heç kim "bəxtəvər damğası" ilə doğulmur, bu barədə unudun getsin. Karma və tale gələcəyimizin keçmiş nəticəsidir. Uğurlu insanların bu səviyyəyə çatana qədər hansı yollardan keçdiyini təsəvvür edə bilmərsiniz. Hər kəsə çiyinlərində daşıya biləcək qədər yük verilir. Məhsul əldə etmək üçün əvvəlcə zəhmət çəkməlisiniz. Əgər bəxtiniz hələ də gətirməyibsə, deməli, arzuların qarşılığı ödənməyib və siz uğura hələ hazır deyilsiniz. Bəzən də olur ki, böyük pul və şan-şöhrət insanı məhv edir, o, böyümək və inkişaf etmək əvəzinə iflasa uğrayır və ölür.

3. Həyat - inam və əqidəmizin güzgüsüdür

İnanclar insanın yaxşı və pis haqqında sahib olduğu təsəvvürlər toplusudur. Şəxsiyyət bir neçə qabıqdan, mərkəzində nüvə və ya İD-dən ibarətdir. İD - insan xislətinin özünü identifikasiyasıdır. Nüvəni dəyişmək çox çətindir, lakin özünü identifikasiya növbəti inam mərhələsini formalaşdırır.

Bizim reallığın istənilən təsviri xarakteristikası bizim əqidə və inanclarımızdan təşkil olunub. İnamlar isə bacarıq və qabiliyyət adlanan yeni bir səviyyə formalaşdırır.

Qabiliyyət bizim bilik və nələrisə həyata keçirmək bacarıqlarımızdır. Biz nəyisə edə bilərik, ya yox? Əgər edə biləriksə, necə? Bu sual bizim bacarıqlarımızın səviyyəsini xarakterizə edir. Qabiliyyətlər inamlar əsasında yaranır.

Qabiliyyətlər davranış modelini ortaya çıxarır: hərəkət və ya hərəkətsizlik. Bu isə qabiliyyətdən asılı olaraq dəyişir.

İndi isə gəlin bu səviyyəyə "anti" şəkilçisini əlavə edək. Beləliklə biz anti-identifikasiya alacağıq. İnkişaf etməli olan inamlar iflasa uğrayan anti-inamlara çevrilir. Bu zaman bacarıqları həyata keçirmək qeyri-mümkün olur. Bu yolla insan anti-davranışlarını həyata keçirir və şəxsi anti- identifikasiyalarını daha çox möhkəmləndirir. Ah-vay bu hekayədə baş rolu oynayır və bu, dəhşətdir.

Dəhşətli fenomen insana həm yuxarı qalxmağa mane olur, həm də şampan burğusu kimi özünə çəkir. Nəticədə bu reallıqdan günbəgün çıxmaq çətinləşir.

4. Heç nəyə bağlanmayın

Bağlılıq həm öz həyatımızı, həm də bağlandığımız insanın həyatını zəhərləyir. Yəqin ki, bu paradoksu hər kəs müşahidə edib: qadın ərindən nə qədər çox yapışsa, qayğısına qalsa, üstündə nə qədər çox əssə və onu itirməkdən nə qədər çox qorxsa da, kişi səylərini qiymətləndirmir. Ömrünü ərinin yolunda fəda edən qadın sonda sevgisiz qalır. Bu, kişi əclaf olduğu üçün baş vermir. Məsələ ondadır ki, kişinin bütün energetikası bu cür fədakarlığa müqavimət göstərir.

Belə davranış kişinin energetikasını sorur, bu zaman o, özünü günahkar və borclu hiss etməyə başlayır. Yadda saxlayın ki, bu hisslərin sevgi ilə heç bir əlaqəsi yoxdur. Qadının hisslərini də sevgi adlandırmaq olmaz. Çox güman ki, qadın bu insana olan hisslərini çox sevir və status kvo-nu qorumağa çalışır.

Bir şeyə aşırı bağlılıq və öhdəlik uşaqlıq duyğusudur, uşaq öz oyuncaqlarını heç kimlə paylaşmaq istəməyəndə, onları özü ilə eyniləşdirir, hətta müəyyən edir.

Əgər siz nəyisə həqiqətən istəyirsinizsə, arzuolunanı azad buraxmaq və enerjinin sərbəst axmasına icazə vermək lazımdır ki, arzular həyatınıza qayıda bilsin.