68 illik uzun və xoşbəxt NİKAHIN SİRRİ FOTO


Digərləri 06 May 2019 23:49:00 230 0

68 illik uzun və xoşbəxt NİKAHIN SİRRİ  FOTO

Yumru eynək, iri bijuteriya və parlaq dodaq boya kolleksioneri kimi tanınan 97 yaşlı məşhur moda ikonu Ayris Apfel əri ilə 68 il firavan ömür sürüb.

Ayris əri Karl Apfel ilə amasız ölüm onları ayıranadək birlikdə ömür sürüblər. Karl 101 yaşı tamam olmağa bir neçə il qalmış vəfat edib. Maraqlıdır ki, onlar 68 il ərzində bir-birinə olan sədaqət və sevgi hissini necə qoruyub saxlaya bilib.

Son.az xəbər verir ki, Ayris Apfel deyir ki, uzun və xoşbəxt nikahın sirri yumor hissidir. O, hesab edir ki, yumor hissi sevgini ölməyə qoymur.

"Məndən tez-tez soruşurlar ki, uzun və xoşbəxt ailə həyatının sirri nədən ibarətdir. Heç bir sirr bilmirəm, amma bu barədə bir neçə söz deyə bilərəm".

"Təsadüfi ikon" kitabının müəllifi bu məsələ haqqında verilən suallara velə cavab verib:

1. Bu bənd siyahımda birincidir, çünki məndən xoşbəxt nikahın sirləri haqqında soruşanda, həmişə cavab verirəm ki, ilk növbədə yumor hissini qorumaq lazımdır. Məhz yumor acı günlərin öhdəsindən gəlməyə kömək edəcək və xoşbəxt anları daha parlaq edəcək.

2. İkincisi, bir-birinizə həmişə hörmət edin.

3. Üçüncüsü, partniyorunuzun bütün vaxtını oğurlamağa çalışmayın. Bir-biriniz üçün darıxmağa boş yer saxlayın, qarşı tərəfin azadlığını boğmayın.

4. Qəbul edin ki, ümumi bir razılığa gəlmək həmişə mümkün olmur. Bununla belə qismən bir dalğada dayanmağa çalışmaq faydalıdır.


Xəbərə aid fotolar